...

Filippində irimiqyaslı yanğın minə yaxın evi məhv etdi

Dünya xəbərləri Materials 4 Fevral 2026 14:33 (UTC +04:00)
Filippində irimiqyaslı yanğın minə yaxın evi məhv etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippinin cənubunda yerləşən Bonqao şəhərinin yaşayış məhəlləsində baş vermiş irimiqyaslı yanğın nəticəsində minə yaxın ev yanıb.

Trend bu barədə xarici KİV-ə istinadən məlumat verir.

Məlumata görə, yanğın çərşənbə axşamı yerli vaxtla 22:00-dan sonra başlayıb və yalnız bu gün ysaat 02:00-da lokallaşdırılıb. Alovun sürətlə yayılmasına güclü külək səbəb olub.

Ehtimal olunan səbəbi qısaqapanma olan yanğın bir neçə piyada körpüsünə də ziyan vurub ki, bu da xilasedicilərin və yanğınsöndürənlərin işini çətinləşdirib. Rayon sakinləri təxliyə edilib. Həlak olanlar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti