Bakı. Trend:
ABŞ ordusu Sakit Okeanın şərq hissəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan gəmiyə zərbə endirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının mətbuat xidməti məlumat yayıb.
“Kəşfiyyat məlumatları ilə təsdiq olundu ki, gəmi Sakit Okeanın Şərq hissəsində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca üzüb və ondan narkotik vasitələrin daşınması məqsədilə istifadə olunub”, - deyə məlumatda vurğulanıb.
Zərbə nəticəsində gəmidə olan 2 nəfər həlak olub. Əməliyyatın beynəlxalq sularda həyata keçirildiyi bildirilir.
