...

Filippində vulkan aktivliyi səbəbindən 32 yaşayış məntəqəsi kül təbəqəsi ilə örtülüb

Dünya xəbərləri Materials 10 Fevral 2026 16:04 (UTC +04:00)
Filippində vulkan aktivliyi səbəbindən 32 yaşayış məntəqəsi kül təbəqəsi ilə örtülüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippində davam edən Mayon vulkanının aktivləşməsi səbəbindən azı 32 yaşayış məntəqəsi kül təbəqəsi ilə örtülüb.

Trend xarici KİV-ə isitnadən xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Məlumata görə, bir sıra yaşayış məntəqələrində piroklastik axınlar (qızmış qaz, kül və daş qarışıqları) müşahidə olunur. Mütəxəssislər kükürd dioksidinin səviyyəsinin artdığını qeydə alıblar ki, bu da vulkanın altında maqmanın hərəkət etdiyini göstərir. Bundan əlavə, fevral ayının əvvəlindən indiyədək təxminən 470 daş uçqunu hadisəsi qeydə alınıb.

Hündürlüyü təxminən 2,5 min metr olan Mayon vulkanı respublikanın ən böyük adası olan Lusonda yerləşir və konusvari forması ilə məşhur turistik obyekt sayılır. O, Filippindəki ən aktiv vulkan hesab olunur. Ən fəlakətli nəticələrə 1814-cü ildə baş verən püskürmə səbəb olub. Həmin püskürmə nəticəsində təxminən 1200 nəfər həlak olub, bir şəhər isə lava altında qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti