...

İran beynəlxalq qanunlar çərçivəsində nüvə proqramının sınanmasına hazırdır – Pezeşkian

Dünya xəbərləri Materials 11 Fevral 2026 12:50 (UTC +04:00)
İran beynəlxalq qanunlar çərçivəsində nüvə proqramının sınanmasına hazırdır – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran beynəlxalq qanunlar çərçivəsində özünün nüvə proqramının doğruluğunun sınanmasına hazırdır.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (11 fevral) Tehranda İran İslam İnqilabının qələbəsinin 47-ci illiyi ilə əlaqədar təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, İran dəfələrlə nüvə silahı yaratmaq ardınca olmadığını bəyan edib.

Pezeşkian bildirib ki, İran problemlərin diplomatiya çərçivəsində həll olunmasına sadiqdir:

"İran Avrasiya İqtisadi İttifaqı, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində strateji sazişləri möhkələndirmək və müsəlman ölkələri ilə münasibətləri gücləndirmək istiqamətini izləyir.

Yerli inkişaf və istehsalı inkişaf etdirmək regional bazarların əldə olunmasından asılıdır".

Qeyd edək ki, 6 fevralda İran və ABŞ arasında Omanın Məsqət şəhərində İranın nüvə proqramı ilə əlaqədar danışıqlar aparılıb. Tərəflər danışıqların davam etdirilməsi üzrə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti