Bakı. Trend:
ABŞ və İran nüvə sazişi ilə bağlı kompromislərə hazırdır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Onun sözlərinə görə, Vaşinqton Tehrandan uranın zənginləşdirilməsini tamamilə dayandırmaq tələbindən imtina edə bilər.
“Müsbət məqam ondan ibarətdir ki, görünür, amerikalılar dəqiq müəyyən edilmiş çərçivələr daxilində İranda uranın zənginləşdirilməsinə icazə verməyə hazırdırlar.
İranlılar indi başa düşürlər ki, amerikalılarla razılığa gəlmələri vacibdir, amerikalılar isə anlayırlar ki, iranlıların da öz limitləri var”, – deyə XİN rəhbəri qeyd edib.
