...

Obama yadplanetlilərin Yerə gəlişi ehtimalları barədə danışıb

Dünya xəbərləri Materials 16 Fevral 2026 19:00 (UTC +04:00)
Obama yadplanetlilərin Yerə gəlişi ehtimalları barədə danışıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Baku. Trend:

ABŞ-nin sabiq prezidenti Barak Obama yadplanetlilərin Yerə səfər etməsi ehtimalını aşağı qiymətləndirib.

Trend xəbər verir ki, bu barədə o, internetdə yadplanetli həyatın mövcudluğu ilə bağlı fikirlərinin diqqət çəkməsindən sonra “Instagram” səhifəsində paylaşım edib.

“Cavabı mümkün qədər qısa verməyə çalışırdım, lakin bu məsələ diqqət çəkdiyi üçün izah etməyə icazə verin”, - deyə o, amerikalı podkast aparıcısı Brayan Tayler Koenə verdiyi müsahibədən olan videonun təsvirində yazıb.

Onun sözlərinə görə, statistik baxımdan Kainat o qədər nəhəngdir ki, orada həyatın mövcud olma ehtimalı yüksəkdir. Lakin Günəş sistemləri arasındakı məsafələr o qədər böyükdür ki, yadplanetlilərin Yerə səfər etməsi ehtimalı olduqca aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti