Bakı. Trend:
Ötən həftə Kamçatka sahillərində 13 zəlzələ qeydə alınıb.
Bu barədə Rusiyanın Kamçatka diyarı üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, iyunun 29-dan iyulun 5-dək qeydə alınan 13 seysmik hadisə yaşayış məntəqələrində hiss olunmayıb.
FHN-in məlumatına əsasən, son sutka ərzində Kamçatka sahillərində daha bir zəlzələ baş verib. Bu yeraltı təkan da yaşayış məntəqələrində hiss olunmayıb.