...

Məhəmməd əl Bəradeyi İrana səfər edəcək

Dünya xəbərləri Materials 8 Aprel 2006 13:06 (UTC +04:00)

Qərb KİV-lərinin anonim mənbələrə istinadən xəbər verdiyi kimi, Atom Agentliyinin baş direktoru Məhəmməd əl Bəradeyi gələn həftə İrana səfər edəcək.

Trend in məlumatına görə, səfərin müddəti ilə bağlı rəsmi məlumat verilməyib. Təkcə o məlumdur ki, Atom Agentliyinin rəhbəri İran İslam Respublikasına səfəri zamanı "müsbət nəticələr" əldə edəcəyinə ümid edir.

2003-cü ildən başlayaraq M.əl Bəradeyi İranın "nüvə dosyesini araşdırır" və son 20 il ərzində İranın atom fəaliyyətinin tam xəritəsini bərpa etməyə çalışır.

2006-cı ilin fevralında Avropanın aparıcı dövlətlərinin səyləri sayəsində dosyenin araşdırılması işinə BMT-nin Təhlükəsizlik Şurası da qoşulub. Avropalılar isə dipomatik manevrlə bununla bağlı Rusiya və Çinin razılığını almağa nail olub. Dosyenin TŞ-yə verilməsi İran ətrafında gərginliyin kəskin şəkildə artmasına səbəb olub və regionda yeni müharibə təhlükəsi yaradıb.

M.əl Bəradeyi İranın nüvə münaqişəsinin Rusiyanın kompromis təşəbbüsü əsasında sülh yolu ilə nizamlanmasının tərəfdarı hesab olunur. Atom Agentliyinin rəhbəri uranın zənginləşdirilməsinin Moskva və Tehran arasındakı MM çərçivəsində Rusiya ərazisində aparılması ideyasını dəstəkləyir.

Bundan başqa, M.əl Bəradeyi İranın öz nüvə fəaliyyətinin şəffaflıq səviyyəsini artırmasını təkid edir. O, həmçinin, İran tərəfinə "atomun sülh xaraketrli olmasına inamı bərpa etmək üçün" uranın zənginləşdirilməsi üzrə işləri könüllü olaraq müəyyən müddətə dayandırmağı təklif edir.

Atom Agentliyinin baş direktorunun Tehrana qarşıdakı səfəri ilə bağlı daxil olan məlumatlar bir çox müşahidəçilər tərəfindən yaxşı əlamət kimi qiymətləndirilir. Bu barədə "IranAtom.Ru" xəbər verir.

Xəbər lenti

Xəbər lenti