...

Gürcüstanda yeni hərbi baza yaradılıb

Dünya xəbərləri Materials 1 May 2006 14:33 (UTC +04:00)

Bazar günü Senaki şəhərində Gürcüstan Müdafiə Nazirliyi bazasının açılış mərasimi keçirilib. Mərasimdə müdafiə naziri İrakli Okruaşvili, Gürcüstan hökumət üzvləri və diplomatik korpus nümayəndələri iştirak edib.

İ.Okruaşvili bəyan edib ki, Senaki hərbi bazası cəmi bir il ərzində NATO standartlarına uyğun tikilib. "Bu bazanın inşası 17,5 mln lariyə (9 mln dollar) başa gəlib və bütün xərclər ictimaiyyətə təqdim ediləcək", - deyə "İnterfaks" nazirin sözlərini sitat gətirir.

Gürcüstan müdafiə idarəsinin məlumatına görə, Senaki bazasında 3 min hərbi qulluqçu, əsasən, motoatıcı bölmələr yerləşdiriləcək. Bu barədə Vesti.ru xəbər verir.

Xəbər lenti

Xəbər lenti