...

Ukraynada əhali üçün qaz və elektrik enerjisi bahalaşıb

Dünya xəbərləri Materials 1 May 2006 17:27 (UTC +04:00)

Bu gündən Ukraynada əhali üçün 7 il dəyişməyən qaz və elektrik enerjisinin qiymətləri bahalaşıb. Bu barədə qərarı Elektrik enerjisinin nizamlanması Milli Komissiyası hələ martın 30-da qəbul edib.

İndi şəhər sakinləri 1 kVt/saatlıq elektrik enerjisi üçün 3,86 sent, kənd əhalisi isə 3,56 sent ödəyəcəklər. Elektrik plitəli mənzillərdə elektrik enerjisinin dəyəri 2,97 sent təşkil edir. Sayğacın mövcud olduğu mənzillərdə yaşayan əhali 1 kubmetr qaz üçün 4,36 sent, sayğacı olmayanlar isə 4,75 sent ödəyəcəklər.

Ukraynada hasil olunan qazın əsaslandırılmış qiyməti 1 kubmetr üçün 77,8 dollardır. "Nefteqaz Ukrainı" şirkəti qazın qiymətinin məhz bu səviyyəyə qədər artırılmasını təklif edir. Şirkət əhali üçün qazın qiymətinin ikinci və 2006-cı ildə sonuncu dəfə artırılmasını iyulun 1-də keçirilməsini təklif edir. Bu barədə RBK məlumat verilib.

Xəbər lenti

Xəbər lenti