...

Gürcüstan Rusiya ilə problemlərini həll etməyə çalışacaq

Dünya xəbərləri Materials 5 May 2006 17:29 (UTC +04:00)

Gürcüstan Rusiya ilə problemlərini maksimal dərəcədə nəzakətli şəkildə həll etməyə çalışacaq. Bunu Gürcüstan xarici işlər nazirinin müavini Merab Antadze Rusiya tərəfindən "Borjomi" mineral suyunun idxalına qoyulan qadağanı şərh edərkən bildirib.

M.Antadze deyib ki, "Borjomi" idxalının qadağan olunması Rusiyanın Gürcüstana qarşı iqtisadi sanksiyalarının davamıdır. "Bu sanksiyalar həm ikitərəfli siyasi və iqtisadi əlaqələrə, həm də münaqişələrin həlli kimi məsələlərə təsir göstərir" - deyə vurğulayıb.

Trend agentliyinin məlumatına əsasən, M.Antadze hesab edir ki, Rusiya bununla kifayətlənməyəcək və Gürcüstana təzyiq göstərməkdə davam edəcək. "Lakin biz bütün bu poblemləri diplomatik vasitələrlə həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli formatda həll etməyə çalışacağıq. Halbuki artıq indidən demək olar ki, bunu etmək çox çətin olacaq" - deyə o qeyd edib. Bu barədə "QruziyaOnline" xəbər vreib.

Xəbər lenti

Xəbər lenti