...

Vladimir Putin: BMT-də islahatlara ehtiyac var

Dünya xəbərləri Materials 10 May 2006 18:40 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Federal Yığıncağa illik müraciətində bəyan edib ki, BMT-də islahatlara ehtiyac var. Prezident vurğulayıb ki, BMT hazırkı vəziyyətdən olduqca fərqlənən bir şəraitdə yaradılıb. Beynəlxalq infrastrukturun dəyişdiyi qloballaşma şəraitində BMT-nin rolu artır. Onun fikrincə, islahatların həyata keçirilməsi iki şərtlə mümkündür. Birinci, islahatlar təşkilatın fəaliyyətinin səmərəliyini təmin etməli, ikinci üzv ölkələrin əksəriyyəti tərəfindən dəstəklənməlidir. "Təşkilatın sistemi qloballaşma şəraitində beynəlxalq arenada yeni davranış qaydalarının yaranmasına xidmət edəcək" - deyə prezident vurğulayıb.

Trend agentliyinin məlumatına əsasən, V.Putin qeyd edib ki, Rusiya Avropa Birliyi ilə həm iqtisadi, həm də humanitar əlaqələrin genişləndirilməsini davam etdirmək niyyətindədir. Bundan əlavə, Rusiya Asiya, Latın Amerikası və Afrika ölkələri ilə münasibətləri inkiaşf etdirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti