...

ABŞ senatı qanunsuz immiqrantlara vətəndaşlıq verilməsi ideyasını dəstəkləyib

Dünya xəbərləri Materials 26 May 2006 12:39 (UTC +04:00)

ABŞ konqresinin Senatı immiqrasiya haqqında qanun layihəsini təqdir edib. Bu sənəd ölkədəki qanunsuz immiqrantlara mərhələli qaydada ABŞ vətəndaşlığının verilməsi imkanlarını nəzərdə tutur.

Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, buna baxmayaraq, qanun layihəsinin məhz bu variantnın qanun olması şansı böyük deyil. Bu, nümayəndələr palatasının vaxtı ilə qəbul etdiyi varinatdan çox fərqlənir. Bu palatanın üzvləri ABŞ-a gizli daxil olan şəxslərə ölkədə qalmaq üçün icazənin verilməsinə qarşı çıxıb.

İndi konqresin saziş komissiyası qanun layihəsinin 2 variantını nəzərdən keçirməli olacaq. Buş hesab edir ki, qanunsuz immiqrantların deportasiyası və onların "amnistiya"sı arasında "qızıl ortalıq" mövcuddur.

Xəbər lenti

Xəbər lenti