...

Ukraynadan xəbər veriblər: ABŞ-ın gəmisi Feodisiyaya qanuni əsaslarla daxil olub

Dünya xəbərləri Materials 2 İyun 2006 15:14 (UTC +04:00)

Amerika gəmisi Feodisiya limanına qanuni əsaslarla daxil olub. Bu barədə cümə günü Ukraynanın baş prokurorluğunun mətbuat xidmətindən RİA Novosti-yə xəbər veriblər.

Trend in RİA Novosti-yə əsasən verdiyi xəbərə görə, ötən şənbə, 27 mayda Amerikanın nəqliyyat gəmisi "Advantage" Feodisiya şəhərinin limanına daxil olub, burada "Sibriz-2006" çoxmillətli hərbi təlimlərin keçirilməsi üçün atıcı silah, texnika və tikinti materialları olan bir neçə on konteyner boşaldıb. Bu Krımın sakinləri, həmçinin bir sıra ictimai və siyasi təşkilatlar tərəfindən kəskin narazıçılıqlara səbəb olub.

"Amerika hərbçiləri xarici qoşunların buraxılması haqqında Ukrayna qanunvericiliyini pozmayıblar. Təlimlər üçün texnika və silah gətirən "Advantage" gəmisi hərbi gəmi deyil", - baş prokurorluqda belə qeyd ediblər.

Tədqiqatçılar Amerika gəmisinin Feodosiya limanına daxil olmasının qanuniliyinin yoxlanmasını Ukrayna Kommunist partiyasının (UKP) lideri Pyotr Simonenkonun və insan hüquqları üzrə müvəkkil Nina Karpaçovanın müraciətindən sonra başlayıblar. Prokurorluqdan bildiriblər ki, ABŞ əsgərləri Ukrayna sərhəddini silahsız keçiblər və başqa dövlətin hərbi hissəsi sayıla bilməzlər.

Bu ilin əvvəlində Ukraynanın Ali Radası xarici qoşunların hərbi təlimlər üçün Ukrayna ərazisinə daxil olmasını qadağan edən qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti