...

Baş prokurorun istefasında heç bir gizli səbəb yoxdur

Dünya xəbərləri Materials 2 İyun 2006 16:29 (UTC +04:00)

Vladimir Ustinovun Rusiyanın baş prokuroru vəzifəsindən istefaya çıxmasında heç bir gizli səbəb yoxdur. Bunu Federasiya Şurasının spikeri Sergey Mironov prezidentlə söhbətə istinadən bəyan edib.

"Dünən prezident məni Kremlə dəvət edərək dedi ki, Ustinovun istefaya çıxması barədə ərizə verib. Dövlət başçısı ilə söhbətdən anladım ki, bu, texniki qərardır və heç bir siyasi səbəblərə söykənmir" - deyə S.Mironov qeyd edib.

Trend agentliyinin "RİA Novosti"yə istinadən yaydığı məlumata əsasən, S.Mironov deyib ki, V.Ustinovun istefası prezidentin planlaşdırdığı kadr dəyişikliklərinin bir hissəsidir. "Bu - prezidentin həyata keçirmək niyyətində olduğu kadr dəyişikliyinin bir hissəsidir" - deyə parlamentin yuxarı palatasının sədri bildirib.

Jurnalistlərin suallarını cavablandıran spiker əlavə edib ki, şəxsən onun V.Ustinovun işinə heç bir iradı yoxdur.

"O, vəzifələrini tam peşəkarcasına yerinə yetirib" - deyə S. Mironov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti