...

Müdafiə Nazirliyi: Rusiya ABŞ ilə öz taktiki nüvə silahı barədə danışıqlar aparmayacaq

Dünya xəbərləri Materials 13 İyun 2006 18:00 (UTC +04:00)

Rusiyanın Müdafiə Nazirliyi ABŞ ilə öz taktiki nüvə silahının gələcəyi ilə bağlı məsələləri müzakirə etməyə hazırlaşmır.

"Silahın bu növü heç bir beynəlxalq sazişlər və müqavilələrlə məhdüdlaşdırılmayıb və Rusiya nə ABŞ, nə də başqa bir xarici ölkə ilə onun haqqında danışıqlar aparmaq fikrində deyil... Biz taktiki nüvə silahından istifadə etməklə kiməsə hücum etməyi planlaşdırmırıq, lakin müdafiə olunmağa və müdafiənin təminatı istiqamətində lazımi tədbirləri həyata keçirməyə haqqımız var. Bu, bir suveren ölkə kimi Rusiyanın ayrılmaz hüququdur" - deyə o əlavə edib. Bu barədə Trend agentliyi "İTAR-TASS"a istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti