...

Vladimir Putin Şanxayda İran prezidenti ilə görüşəcək

Dünya xəbərləri Materials 14 İyun 2006 14:58 (UTC +04:00)

Bu gün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çinə yola düşən Rusiya prezidenti Vladimir Putin orada bir sıra ikitərəfli görüşlər keçirəcək.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, cümə axşamı o, İran prezidenti Mahmud Əhmədinecad, Pakistan prezidenti Pervez Müşərrəf, Monqolustan prezidenti Nambarın Enxbayar və ÇXR nümayəndəsi Xu Szintao ilə görüşməlidir. Bu barədə Rusiya dövlət başçısı yardımçısı Sergey Prixodko bildirib.

"Əhmədinecad ilə görüşdə ikitərəfli əməkdaşlıq, yanacaq-energetika sahəsi, Xəzər resurslarının mənimsənilməsi, nəqliyyat və nəqliyyat dəhlizləri sahəsi, İranın enerji problemlərinin həllində Rusiyanın iştirakı ilə bağlı məsələlər diqqət mərkəzində olacaq, deyə Prixodko qeyd edib. - Bəzi beynəlxalq məsələlərin, eyni zamanda İranın dinc atom proqramının inkişafı, həmçinin İraq ətrafındakı vəziyyətlə bağlı danışıqların müzakirəsi də planlaşdırılır".

ÇXR nümayəndəsi ilə gözlənilən görüş barədə danışan Prixodko qeyd edib ki, bu görüş ilin əvvəlindən etibarən artıq ikinci görüş olacaq. Putin və Xu Szintao ŞƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri, həmçinin əsas məsələlər üzrə siyasi əlaqəni müzakirə edəcəklər. Liderlər əsasən nəqliyyat, maşınqayırma, energetika sahələrindəki iqtisadi kooperasiya problemlərinə böyük diqqət ayıracaqlar. RF prezident yardımçısı bildirib ki, humanitar və mədəni əməkdaşlıq məsələlərinə də toxunulacaq.

"Müşərrəflə görüş zamanı Əfqanıstan ətrafındakı vəziyyət, həmçinin bütövlükdə regiondakı vəziyyət müzakirə ediləcək. Liderlər ikitərəfli Rusiya-Pakistan əlaqələrinin inkişafını da gözdən keçirəcəklər", - deyə o əlavə edib.

"Putinin Monqolustan prezidenti ilə görüşünə gəlincə isə, görüşdə sərhədyanı və regional əməkdaşlıq məsələlərinə üstünlük veriləcək", - deyə Prixodko məlumat verib.

Xəbər lenti

Xəbər lenti