...

Rusiya Gürcüstanla münasibətlərdə ölçülüb-biçilmiş yanaşmaya ümid edir

Dünya xəbərləri Materials 16 İyun 2006 18:24 (UTC +04:00)

Moskva Rusiya-Gürcüstan prezidentlərinin Sank-Peterburq görüşündən sonra Tbilisi ilə ölçülüb-biçilmiş yanaşmaya ümid edir. Bu barədə Rusiya XİN-inin rəhbəri Sergey Lavrov Alma-Atıda jurnalistlərə bildirib.

O deyib ki, Moskva Sankt-Peterburqdakı konstruktiv və açıq söhbətin qarşılıqlı anlayışa gətirib çıxaracağına ümid edir. "XİN və digər qurumlar səviyyəsində gözlənilən əlaqələr zamanı biz ölçülüb-biçilmiş, hər iki dövlətin maraqlarına cavab verən və münaqişələrin nizamlanmasına yönəlmiş yanaşmalara nail ola bilərik" - deyə o əlavə edib. Bu barədə Trend agentliyi "Novosti" RİA-ya istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti