...

NATO Ermənistanın ünvanına tənqidi məktub göndərəcək

Dünya xəbərləri Materials 17 İyun 2006 14:19 (UTC +04:00)

NATO Parlament Assambleyasının Cənubi Qafqaz üzrə məruzəsini hazırlamaq üçün Ermənistana səfər etmiş NATO PA-nın sədr müavini, Türkiyəli diplomat Vahit Erdem Ermənistan parlamentinin spikeri Tiqran Torosyanın Osmanlı İmperiyasında uydurulmuş erməni soyqımını tanımaq tələbilə üzləşib. Trend agentliyinin Türkiyə KİV-nə istinadən yaydığı məlumata əsasən, V.Erdemin "1915-ci ildə ermənilərə qarşı heç bir soyqımın olmayıb və bütün bunlar ideoloqların nağıllarıdır" bəyatı onun xidməti maşının geri alanması və mühafizəsinin buraxılması ilə nəticələnib.

V.Erdem rəsmi səfərini taksidə başa vurmağa məcbur olub. Hava limanında isə NATO PA-nın nümayəndəsi təyyarəyə ümumi növbə ilə buraxılıb.

Onun sözlərinə görə, BMT-nin 1948-ci il bəyannaməsinə əsasən 1915-ci il hadisələrini soyqırım adlandırmaq olmaz. "1915-ci ildə soyqımı baş verməyib, qarşılıqlı qırğın olub. Ermənilərin qiyamına cavab olaraq Osmanlı İmperiyasının rəhbərliyi erməniləri başqa yerlərə köçürmək haqqında qərar verib. Nəticədə 400-500 min erməni ölüb. Eyni zamanda həmin hadisələr zamanı 200-300 min türk həlak olub" - deyə o əlavə edib.

İyunun 13-dən NATO PA-nın təhlükəsizlik və müdafiə üzrə alt komitəsinin 20 üzvü V.Erdem başda olmaqla İrəvana səfər edib.

İstanbula gələn V.Erdem deyib ki, Ermənistanın bu addımı təkcə Türkiyəyə deyil, həm də NATO-ya qarşı hörmətsizlikdir. Buna görə NATO yaxın vaxtlarda Ermənistanın ünvanına tənqidi məktub göndərəcək.

Xəbər lenti

Xəbər lenti