...

Tiflis elektrik enerjisinin tədarükünü azalda bilər

Dünya xəbərləri Materials 28 İyun 2006 17:18 (UTC +04:00)

"Gürcüstanın Dövlət Elektrik Sistemi" şirkəti Tiflis elektrik paylayıcı şirkətinin iyunun 30-da saat 17:00-dək borcunu tam ödməsə, "Telasi" SC-yə elektrik enerji tədarükünü məhdudlaşdırmaq niyyətindədir. Bu barədə KAVKAZ-PRESS-ə "Gürcüstanın Dövlət Elektrik Sistemi" şirkətindən məlumat verilib. Bu şirkəti İrlandiyanın "ESBI" şirkəti idarə edir.

"Gürcüstanın Dövlət Elektrik Sistemi"nin tələbinə və Gürcüstanın elektrik enerji üzrə topdan satış bazarının sərəncamına görə, iyunun 26-da "Telasi" şirkətinə elektrik enerjisinin verilməsi azaldılması idi. Belə qərarın çıxarılmasına səbəb "Telasi"nin Dövlət Elektrik Sisteminə 4 mln lari (2,2 mln dollar) borcu olub. Xüsusilə bu ilin aprelindən "Telasi" elektrik enerjisinin verilməsi və dispetçerləşdirilməsi üzrə göstərilən xidmətlərin dəyərini ödəmir.

Ancaq bu günlərdə "Telasi" borcun bir hissəsini ödəyib və bununla əlaqədar enerji tədarükü ilə bağlı məhdudiyyətlərin tətbiqi müddəti iyunun 30-dək uzadılıb. Elektrik sistemi "Telasi" ilə borcun ödənilməsi qrafikinin birgə işlənməsinə hazırdır. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti