...

Gürcüstan vətəndaşları ən aşağı maaş alırlar

Dünya xəbərləri Materials 30 İyun 2006 17:13 (UTC +04:00)

"Rezonansi" qəzeti yazır ki, Zaqafqaziya ölkələrində ən aşağı maaşı Gürcüstan vətəndaşları alır. Keçmiş sovet məkanına gəlincə isə, Gürcüstan bu göstərici ilə yalnız əhalisinin 75 faizinin yoxsulluq içində yaşadığı Türkmənistan və Tacikistanı geridə qoyub.

Trend in Kavkaz-press-ə istinadən verdiyi xəbərə görə, statistik məlumatlar üzrə Gürcüstanda orta əmək haqqı, ötən illə müqayisədə 40 lari artıb. Həmçinin inflyasiyanın səviyyəsi də qalxıb, xüsusilə gündəlik tələbat məhsulları bahalaşıb. Alilələrin xərcləri onların gəlirlərindən çoxdur.

Keçmiş Sovet ittifaqı ölkələri arasında ən yüksək əmək haqqı Baltikyanı ölkələrdədir.

Xəbər lenti

Xəbər lenti