...

Microsoft 280,5 milyon avro məbləğində cəriməyə görə məhkəməyə şikayət verəcək

Dünya xəbərləri Materials 12 İyul 2006 18:44 (UTC +04:00)

Avropa İttifaqının antiinhisar nizamlayıcı orqanlarının 2004-cü il tarixli qərarını yerinə yetirmədiyinə görə 280,5 milyon avro (357 milyon ABŞ dolları) məbləğində cərimə edilməsi haqqında qərarına cavab olaraq, proqram təminatının qabaqcıl dünya istehsalçısı Microsoft Corp. bəyan edib ki, bu qərara görə məhkəməyə şikayət təqdim edəcək. Bu barədə (C) Associated Press xəbər verib.

Trend in verdiyi xəbərə görə, Microsoft-un hüquqşünas-məsləhətçisi Bred Smit bildirib ki, şirkət məhkəməyə ona görə müraciət edəcək ki, məhkəmə Avropa komissiyasının qoyduğu "misilsiz" cərimənin qanuni olub olmadığını qiymətləndirsin. "Biz Avropa Komissiyasına və bu prosesə böyük hörmətlə yanaşırıq, lakin biz hesab edirik ki, Komissiyanın ilk qərarının aydın olmamasına görə istənilən cərimə yersizdir", - deyə şirkətin bəyanatında qeyd olunub. Eyni zamanda Microsoft təsdiq edib ki, məhkəmənin 2004-cü ilin mart ayında çıxardığı qərarla "tam razıdır".

Avropa ittifaqının antiinhisar nizamlayıcı orqanları bu gün 2004-cü il tarixli məhkəmə qərarını yerinə yetirmədiyinə görə Microsoft Corp. şirkətinin 280,5 milyon avro (357 milyon ABŞ dolları) məbləğində cərimə edilməsi haqqında qərar çıxarıb. Əgər Microsoft gələcəkdə də məhkəmə qərarını yerinə yetirməsə, 31 iyul 2006-cı ildən başlayaraq, ondan gündə 3 milyon dollar tutulacaq.

15 dekabr 2005-ci ildə Avropa komissiyası bəyanat dərc edib və bu bəyanatda qeyd olunub ki, Microsoft 2004-cü ilin mart ayında çıxarılmış məhkəmə qərarını yerinə yetirməyib. Bu qərara əsasən Amerika şirkəti 497 milyon avro məbləğində cərimə ödəməli və çıxış kodunu rəqiblərə təqdim etməli idi. Amerika şirkəti Aİ bazarında öz üstün vəziyyətindən sui-istifadə etdiyinə görə bu qərar qəbul olunub. Microsoft cəriməni ödəyib, lakin Avropa komissiyasının fikrincə, şirkətin çıxış kodunun açılmasına dair dəqiq və düzgün məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti