...

Rusiya hərbi bazasından avadanlıq aparan eşelon Gürcüstandan Gümriyə (Ermənistan) yola düşüb

Dünya xəbərləri Materials 13 İyul 2006 17:40 (UTC +04:00)

Rusiya hərbi bazasından avadanlıq aparan növbəti, altıncı eşelon Batumidən Gümriyə (Ermənistan) yola düşüb. Gürcüstanın müdafiə idarəsindən KAVKAZ-PRESS-ə istinadən verilən xəbərə görə, 9 vaqondan ibarət eşelon Rusiyanın Batumidəki 12-ci hərbi bazasından avadanlıq, mebel və məişət avadanlığı Gümridəki bazaya çatdıracaq.

Trend in Kavkaz-press-ə istinadən verdiyi xəbərə görə, Gürcüstanın Müdafiə Nazirliyində bildiriblər ki, Batumidə ağır texnika qalıb. Bu texnika mərhələlərlə aparılacaq.

Hərbi texnika və əmlakın aparılması Gürcüstan və Rusiyanın Müdafiə Nazirlikləri arasında 31 mart 2006-cı ildə Soçidə bağlanmış saziş çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti