...

Astanada Qazaxıstan-Gürcüstan müqaviləsinin təsdiqi barədə Fərman mübadiləsinə dair Protokol imzalanıb

Dünya xəbərləri Materials 14 İyul 2006 18:35 (UTC +04:00)

Bu gün Qazaxıstan Xarici İşlər Nazirliyində mülki və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Qazaxıstan Respublikası və Gürcüstan arasında 17 sentyabr 1996-cı ildə bağlanmış Müqavilənin təsdiqi barədə Fərman mübadiləsinə dair Protokol və göstərilən Müqavilənin 31 mart 2006-cı il tarixli Protokolu imzalanıb.

QR XİN mətbuat xidmətindən Kazinforma verilən məlumata görə, Qazaxıstan tərəfindən Protokolu xarici işlər nazirinin müavini Kayrat Abdraxmanov, gürcü tərəfdən isə - Gürcüstanın QR-dəki səfiri Zurab Şurqaiya imzalayıb.

Trend in məlumat verdiyi kimi, Gürcüstan səfiri Z.Şurqaiyanın sözlərinə görə, Protokolun imzalanması Qazaxıstan və Gürcüstan arasında ikitərəfli münasibətlərin dinamik inkişafının göstəricidir.

Sənəd imzalandıqdan sonra diplomatlar iki ölkə arasında müqavilə-hüquq bazasının gələcək inkişafının vəziyyətini və perspektivlərini, həmçinin Qazaxıstan və Gürcüstan arasında ticari-iqtisadi münasibətlərə dair bir sıra məsələləri müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti