...

AB Livana sülhməramlı qüvvələrin yeridilməsi imkanlarını nəzərdən keçirir

Dünya xəbərləri Materials 17 İyul 2006 15:27 (UTC +04:00)

Avropa Birliyi İsrail ordusu və "Hizbullah" hərəkatının döyüşçüləri arasında silahlı toqquşmaların qarşısını almaq üçün Livana sülhməramlı qüvvələrin yeridilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə (C) Associated Press məlumat verir. "Ola bilsin ki, AB və BMT sülhyaratma rolunu öz üzərinə götürəcək", - deyə Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyya bəyan edib (hazırda Finlyandiya AB-də sədrlik edir.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, Sankt-Peterburqda BMT-nin baş katibi Kofi Annan bəyan edib ki, BMT TŞ Livan-İsrail münaqişə zonasına beynəlxalq sülhməramlı kontingentin yeridilməsinə dair qərar qəbul edə bilər.

Böyük Britaniyanın baş naziri Toni Bleyer isə bəyan edib ki, "Hizbullah" tərəfindən İsrailin raket atəşinə tutulmasını dayandırmaq üçün Cənubi Livana sülhməramlı kontingentin yeridilməsi hərbi əməliyyatları dayandırmağın "yeganə yol"udur.

Xəbər lenti

Xəbər lenti