...

Qazaxıstanda 15 körpənin QİÇS-ə yoluxduğu ehtimal olunur

Dünya xəbərləri Materials 20 İyul 2006 16:26 (UTC +04:00)

Cənubi Qazaxıstan regionunda fövqaladə hadisə baş verib. Trend in Astanadakı xüsusi müxbirinin verdiyi məlumata əsasən, 18 aylığa qədər olan 15 körpə QİÇS-ə yoluxub. 6 körpənin diaqnozu təsdiqlənib, 9-nun vəziyyəti isə sual altındadır.

Komissiya hələlik yoluxmanın əsas mənbəyini dəqiqləşdirə bilmir. Mütəxəssislər hələlik yoluxmanın səbəbini qan köçürmə zamanı bir kratererdən dəfələrlə istifadədə və qeyri-qənaətbəxş sterilizasiyada görür.

CDC-in Mərkəzi Asiya üzrə ofisinin sədri Mixail Favorovun mətbuat konfransında bildirdiyi kimi, tibbi müdaxilələrin təhlükəsizlik texnikasının pozulması, qanın və onun preparatlarının həddindən artıq köçürülməsi, görünür, Cənubi Qazaxıstandakı körpələrin QİÇS-ə yoluxmasının əsas amilləridir.

"Ölkənin bütün stasionarlarında xəstəxanadaxili ineksiyalara nəzarət üzrə tədbirlər kompaniyası elan etmək lazımdır"- deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti