...

Qazaxıstan Bolqarıstanda ÜTT-yə daxil olmaq üzrə ikitərəfli danışıqları başa çatdırıb

Dünya xəbərləri Materials 24 İyul 2006 17:18 (UTC +04:00)

Bu gün Qazaxıstan və Bolqarıstanın baş nazirləri Danial Axmetov və Sergey Stanişevin iştirakı ilə hər iki ölkə hökuməti arasında qarşılıqlı təşviq və investisiyaların müdafiəsi haqqında sazişə dəyişikliklərin edilməsinə dair protokol imzalanıb. Bu barədə Kazinform xəbər verir.

Sənədi Qazaxıstan tərəfindən sənaye və ticarət nazirinin müavini, ölkənin ÜTT-yə daxil olması üzrə danışıqlarda xüsusi nümayəndəsi Janar Aytjanova, Bolqarıstan tərəfdən isə iqtisadiyyat və energetika naziri Rumen Ovçarov imzalayıb.

Mətbuat konfransında D.Axmetov bildirib ki, başa çatmış proses 3 ilədək davam edib. O qeyd edib ki, əvvəlcə məsələlər 2700-dən çox mala aid edilib. Daha sonra hər iki dövlətin iqtisadi maraqlarını nəzərə alan məsləhətləşmələr və qarşılıqlı razılaşmalar zamanı bu say son vaxtlar 336-ya azaldılıb. Dünən ekspertlərimiz işi başa çatdırıb və gömrük siyasəti ilə bağlı əsas məsələləri razılaşdırıb.

"Proses başa çatıb və bu, Qazaxıstan tərəfini razı salır", - deyə Danial Axmetov əlavə edib.

Xəbər lenti

Xəbər lenti