...

İyulun 24-25-də İran prezidenti Mahmud Əhmədinejadın Türkmənistana ilk rəsmi səfəri olacaq

Dünya xəbərləri Materials 24 İyul 2006 18:37 (UTC +04:00)

Dövlət xəbərlər xidmətinin xəbər verdiyi kimi, gözlənilən danışıqlar zamanı Saparmurat Niyazov və Mahmud Əhmədinejad "zəmanənin aktual məsələlərini, ikitərəfli ticari-iqtisadi tərəfdaşlığın vəziyyəti və mehriban qonşuluq çərçivəsində regional qarşılıqlı əlaqənin imkanları"nı müzakirə edəcək.

Trend in xəbər verdiyi kimi, hökümət informasiya agentliyi vurğulayıb ki, Türkmənistan və İranın regional qarşılıqlı əlaqələrinin möhkəmlənməsi kontekstində "Xəzər dənizinin karbohidrogen resurslarının mənimsənilməsi məqsədi ilə dənizin hüquqi statusunun hazırlanmasının tezləşdirilməsi, həmçinin Avropaya təbii qaz tədarükünün perspektivləri" xüsusu yer tutacaq.

Ehtimal olunur ki, Türkmənistan-İran danışıqları zamanı İrana ixrac edilən təbii türkmən qazının yeni qiyməti də müzakirə ediləcək. Gözlənildiyi kimi, iki dövlət başçısı Türkmənistan-İran tərəfdaşlığının yeni səviyyəyə çatdırılmasına səbəb olacaq bir sıra sənəd imzalayacaq.

Əsaslı normativ baza səmərəli ikitərəfli əməkdaşlıq üçün geniş meydan yaradır. Bu gün Türkmənistan və İran arasında istiqamətlərin geniş spektri üzrə əməkdaşlığı nizama salan 150 ikitərəfli sənəd imzalanıb. Dövlətlərarası ticari-iqtisadi əlaqələrin inkişaf templərini 2005-ci ilin yekunlarına görə təxminən 1 mlrd. ABŞ dolları təşkil etmiş, hər il artan əmtəə dövriyyəsi bir daha sübut edir. 2006-cı ilin birinci yarısının yekunlarına əsasən, Türkmənistandan alınan məhsullların həcminə görə İran Rusiyadan sonra ikinci yeri tutur. Bu, əsasən, təbii və maye qaz, polipropilen və elektrik enerjisidir.

Çoxillik dövlətlərarası əməkdaşlıq ərzində Türkmənistan -İran tərəfdaşlığı bir sıra birgə layihələrin uğurla həyata keçirilməsi ilə güclənmiş böyük təcrübə toplayıb. Onların arasında Tencen-Seraxs-Məşhəd dəmir yolu magistralı, Körpəcə-Kurt-Kui qaz kəməri, Balkanabad-Əli-Abad müasir elektrikötürücü xətti, "Dostluq" sərhədyanı bənd və bölgənin iqtisadi inkişafında mühüm rol oynamış bir çox digər obyektlər var.

İyulun 25-də Aşqabadda İran malları sərgisi öz işinə başlayacaq. Onun təntənəli açılış mərasimində iki ölkə prezidenti iştirak edəcək. İki ölkə başçısı həmçinin iki ölkə sərhəddində "Qaudan-Baciqiran" beynəlxalq nəzarət-buraxılış məntəqəsinin terminalını da açacaq.

İran liderinin Türkmənistana indiki səfəri, şübhəsiz, dövlətlərarası konstruktiv dialoqda yeni mərhələnin başlanğıc nöqtəsi, iki ölkənin çiçəklənmə və rifahı naminə onların zəngin iqtisadi potensialının həyata keçirilməsində mühüm addım olacaq.

Xəbər lenti

Xəbər lenti