...

"Bizim Ukrayna" Yanukoviçlə saziş imzalamağa hazırdır, lakin ittifaqa girməyəcək

Dünya xəbərləri Materials 25 İyul 2006 15:55 (UTC +04:00)

"Bizim Ukrayna" antiböhran koalisiyası ilə fəaliyyətin razılaşdırılması haqqında saziş imzalamağı mümkün hesab edir, lakin koalisiyaya qoşulmağı istisna edir. Bu barədə fraksiyanın lideri Roman Bezsmertnı "Stoliçnıye novosti"yə müsahibəsində bildirib.

"Biz istisna etmirik ki, haçansa bu və ya digər proqramı müdafiə edən çoxluqla azlıq və ya müxtəlif qruplar arasında münasibətlərin nizamlanmasına dair sənəd imzalamağa məcbur olacağıq" - deyə o qeyd edib.

"Hər şey azlıq və çoxluğun tutacağı kursdan asılıdır" - deyə o əlavə edib.

Trend agentliyinin "Ukraine Daily"yə istinadən yaydığı məlumata əsasən, bununla yanaşı, o, blokun koalisiyaya qoşulmasını istisna edib.

"Bloka daxil olan partiyaların bir hissəsi belə bir koalisiya və belə bir formatda iştirakın mümkünsüzlüyünü bəyan edib. Buna görə "Bizim Ukrayna"nın antiböhran koalisiyasına qoşulması haqqında söhbət belə gedə bilməz"- deyə R.Bezsmertnı vurğulayıb.

"Bizim Ukrayna" nümayəndələrinin hökumətin işində iştirakına toxunan deputat bəyan edib ki, blok müxtəlif variantları, o cümlədən, Nazirlər Kabinetinin tərkibində iştirak etməyi də nəzərdən keçirir.

O qeyd edib ki, çoxluqla azlıq arasında ayrı-ayrı razılaşmaları sənədləşdirmədən parlament durğunluq vəziyyətindən çıxa bilməz.

Onun sözlərinə görə, bu, zalı tərk etmiş Yuliya Timoşenko Blokunun üzvlərinin mövqeyinə də aiddir.

"120 deputatın iradəsinə barmaqarası baxmaq olmaz. Yalnız danışıqlar masası arxasında mümkün ola bilən qarşılıqlı anlayışa gəlmək lazımdır" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti