...

Ukrayna Avropa energetika sisteminə qoşulacaq

Dünya xəbərləri Materials 28 İyul 2006 15:06 (UTC +04:00)

2010-cu ilə qədər Ukrayna energetika sisteminin UCTE Avropa birliyinə inteqrasiyasını başa çatdıracaq. "Rosbalt"ın məlumatına əsasən, bu barədə yanacaq və energetika nazirinin birinci müavini Yuri Prodan xəbər verib.

UCTE-nin Baş Assambleyası mayın 4-də Ukrayna və Moldovanın vahid nizamlama bloku kimi UCTE-yə qoşulması haqqında ərizəni təsdiqlyib.

"Lazımi tədbirlərin siyahısının hazırlanmasına başlanıb. Siyahının hazırlanması üzrə tenderdə Avropa şirkətlərindən biri qalib çıxıb"- deyə o bildirib.

Qeyd edək ki, Ukraynanın Avropa energetika sisteminə qoşulması Ali Radanın hazırladığı 2030-cu ilə qədər Ukraynanın energetika strategiyasının gerçəkləşdirilməsi üzrə 2006-2010-cu illər üzrə tədbirlər planında qeyd olunub. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti