...

Ukrayna Ali Radası hökumətin formalaşdırılmasınadək işləmək qərarına gəlib

Dünya xəbərləri Materials 28 İyul 2006 15:56 (UTC +04:00)

Ukrayna Ali Radası birinci sessiyanın işini Nazirlər Kabinetinin tam formalaşdırılmasınadək uzadıb. Bu qərarın lehinə tələb olunan 226 səs əvəzinə 245 səs verilib.

Trend "İTAR-TASS"a istinadən xəbər verir ki, Ali Rada baş nazir təyin olunana, hökumət isə tam formalaşdırılanadək sessiya rejimində işləyəcək. Ehtimallara görə, Nazirlər Kabineti öz səlahiyyətlərinə başladıqda sessiya bağlanacaq.

Bu qərardan əvvəl Ali Rada sessiyanın bağlanmasını bu günə planlaşdırmışdı.

Xəbər lenti

Xəbər lenti