...

Ukrayna Təhsil və Elm Nazirliyi: Ukraynada texniki peşə təhsililə bağlı vəziyyət kəskindir

Dünya xəbərləri Materials 1 Avqust 2006 15:58 (UTC +04:00)

Bu gün Ukraynada texniki peşə təhsililə bağlı vəziyyət kəskindir. Bu barədə "RBK"ya təhsil və elm naziri Stanislav Nikolayenko bildirib. Onun sözlərinə görə, normal vəziyyətə salınmasına 10 mln qrivna tələb olunan təxminən 70 məktəbin olduğu ona məlumdur. "Ötən il biz əlavə olaraq 3 mln qrivna ayırmışdıq. Bu il texniki peşə məktəbinin təmirinə 9 mln ayırmışıq və hesab edirəm ki, sentyabr-oktyabra qədər daha 7-8 mln. qrivna verəcəyik. Həmçinin istərdim ki, hökumət maliyyəsi 14 mln. qrivna olan universitetlərə qəza halları üçün 10 mln. qrivna ayrılması məsələsini həll etsin" - deyə o vurğulayıb.

Trend agentliyinin məlumatına əsasən, S.Nikolayenko yataqxanalarla bağlı böyük problemin yarandığını qeyd edib. Onun sözlərinə görə, təmir üçün verilən 25 mln qrivna əsas büdcədən deyil, torpaq özlləşdirilməsi üçün yaradılmış xüsusi fonddan götürülüb. "Təəsüf ki, bu proses uğurlu olmadı. İlk addımlar atıldı, lakin pul daxil olmadı. Buna görə də biz vəziyyətdən çıxış yolu axtarırıq" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti