...

Gürcüstan Rusiyadan elektrik enerjisinin idxalını bərpa edib

Dünya xəbərləri Materials 4 Avqust 2006 15:22 (UTC +04:00)

Gürcüstan Rusiya elektrik enerjisinin idxalını bərpa edib. Gürcüstanın energetika naziri Nika Gilaurinin Trend ə verdiyi məlumata əsasən, elektrik enerjisi Abxaziyada yerləşən 220 kilovoltluq "Salxino" xəttilə ötürüləcək. Bu yolla Gürcüstan Jinvali HES-in dayandırılmasından dəyən ziyanı kompensasiya etmək və Rusiyadan orta hesabla 70- 80 meqavatt elektrik enerjisi almaq niyyətindədir.

Nazir bəyan edib ki, ölkədə enerji çatışmazılığı müşahidə olunmur, lakin hər ehtimala qarşı "Salxino" xətti də istismara veriləcək. Qeyd etmək lazımdır ki, iki gün əvvəl Gürcüstan Rusiyanın elektrik enerjisinin 100 meqavattlıq "Kavkasioni" EÖX ilə idxalından imtina edib.

Xəbər lenti

Xəbər lenti