...

Gürcüstanın xarici işlər naziri: Tbilisi Abxaziyadakı sülhməramlı əməliyyatdan razı deyil, lakin bütün sazişlərə riayət edəcək

Dünya xəbərləri Materials 4 Avqust 2006 16:09 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili bəyan edir ki, Tbilisi Gürcüstan-Abxaziya münaqişə zonasında 1994-cü il tarixli Moskva sazişinə əsasən aparılan sülhməramlı əməliyyatların səmərəsindən razı deyil.

"Biz 1994-cü il tarixli Moskva sazişinə əsasən aparılan sülhməramlı əməliyyatın səmərəlik səviyyəsindən narazıyıq, lakin sazişə yenidən baxılana və ya yenisi təklif olunana qədər ona riayət etmək niyyətindəyik" - deyə o "Vremya novostey" qəzetinə müsahibəsində bildirib.

"Biz 1994-cü ildə imzalanmış və Gürcüstan üçün ağır şərtlərə malik olan Moskva sazişdən kənara çıxmağı planlaşdırmırıq" - deyə nazir vurğulayıb. Bu barədə Trend "Kavkaz-press"a istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti