...

Litva höküməti quraqlıqla əlaqədar ölkədə ekstremal vəziyyət elan edib

Dünya xəbərləri Materials 4 Avqust 2006 18:42 (UTC +04:00)

Litva höküməti bu gün növbədənkənar iclasda quraqlıqla əlaqədar ölkədə ekstremal vəziyyətin elan olunması haqqında qətnamə qəbul edib. Alimlərin hesablamalarına görə, quraqlıqdan dəyən ziyan böhran həddini 30% ötüb. Ekstremal vəziyyətin daxil edilməsi əkinçilərə müxtəlif formada maliyyə yardımı göstərməyə, o cümlədən kompensasiya ödəməyə imkan verir. İclasda hələ kompensasiyanın məbləği və ödəniş müddəti müzakirə edilməyib. Tədbirlər planının işlənməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunub.

Trend in RBK-ya istinadən verdiyi xəbərə görə, kənd təsərrüfatı naziri Kazimira Prunskene qeyd edib ki, o da Avropa İttifaqından yardım istəyəcək. Lakin, bu mövzuda ilkin danışıqlara əsaslanaraq, o qeyd edib ki, Aİ-nin yardımı 2007-ci ildə verəcəyinə ümid etmək olar. İlkin qiymətləndirmələrə görə, quraqlığın aqrar sektoruna vurduğu ümumi ziyan təxminən 620 mln. lit (təxminən 180 mln. avro) məbləğində dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti