...

Buş Ukrayna prezidentini yeni hökumətin formalaşdırılması münasibətilə təbrik edib

Dünya xəbərləri Materials 7 Avqust 2006 17:03 (UTC +04:00)

ABŞ prezidenti Corc Buş ukraynalı həmkarı Viktor Yuşenkoya yeni hökumətin formalaşdırılması münasibətilə təbrik məktubu göndərib. Məktubda C.Buş ölkədəki çətin və gərgin vəziyyəti anladığını bildirərək V.Yuşenkonu yeni hökumətin formalaşdırılması ilə bağlı siyasi razılığın sülh yolu ilə əldə olunması münasibətilə təbrik kedib. Bu barədə "REGNUM"a Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər.

Trend in məlumatına əsasən, məktubda qeyd olunur: "Ukrayna demokratik və bazar iqtisadiyyyatı yönümlü bir dövlət kimi son dərəcədə vacib təşəkkül mərhələsini yaşayır. Sizin liderliyiniz siyasi və iqtisadi islahatların dəstəklənməsi və həyata keçirilməsi baxımından çox vacibdir". Sonda C.Buş ümidvar olduğunu bildirib ki, ABŞ - Ukrayna əməkdaşlığı Kiyevə iqtisadi islahatları həyata keçirməyə, energetika təhlükəsizliyini möhkəmləndirməyə, rüşvətxorluqla mübarizə aparmağa və Avro-Atlantik əlaqələri dərinləşdirməyə kömək etmək üçün davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti