...

Qazaxıstan höküməti ölkənin silahlı qüvvələrinin maliyyələşmə məsələlərini müzakirə edib

Dünya xəbərləri Materials 7 Avqust 2006 17:35 (UTC +04:00)

Ölkənin Silahlı qüvvələrinin orta müddətdə maliyyələşmə məsələləri bu gün Qazaxıstanın baş naziri Danial Axmetovun sədrlik etdiyi müşavirədə müzakirə edilib. Bu barədə Kazinform Hökümət başçısının mətbuat xidmətinə istinadən xəbər verib.

Trend in xəbər verdiyi kimi, o cümlədən, silahlanmanın, hava texnikasının cari vəziyyəti və inkişafı, müasir rabitə növləri ilə təchizat, eləcə də SQ infrastrukturunun inkişafı nəzərdən keçirilib. Bundan başqa, hərbi təhsil sisteminin təkmilləşdirilməsinə aid məsələlər müzakirə edilib.

Qeyd olunduğu kimi, mobil, yüksək texnologiyalı, peşəkar ordunun yaradılması Respublikanın Silahlı qüvvələrinin inkişafında başlıca prioritetlərdəndir.

Xəbər lenti

Xəbər lenti