...

Səhərdən Cənubi Osetiyadakı münaqişə zonasına əlavə polis qüvvələri cəlb olunur

Dünya xəbərləri Materials 8 Avqust 2006 15:13 (UTC +04:00)

Gürcüstanın daxili işlər naziri Vano Merabişvili bildirib ki, Cənubi Osetiyadakı Avnevi kəndində baş vermiş hadisə ilə əlaqədar zonaya əlavə polis qüvvələri cəlb olunub. Nazirin sözlərinə görə, bu tədbirlər regionda sülh və əmin-amanlığın qorunub saxlanması, yerli əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə görülür. Avqustun 7-də Tsxinvali regionunda polis maşınına naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində 3 polis əməkdaşı yaralanıb. "Bu, bizim postlarımıza xaincəsinə olunan hücumlara misaldır. Düzünü desəm, bu, diqqəti regiona cəlb etmək üçün Moskvadan birbaşa verilən sifarişdir" - deyə Tsxinvali regionuna gəlmiş V.Merabişvili bildirib.

Trend in xüsusi müxbiri xəbər verir ki, nazirin sözlərinə görə, vətəndaşların özlərini təhlükəsiz hiss etməsi üçün xüsusi təyinatlı qüvvələr və gücləndirilmiş polis dəstəsi Avnevi kəndində saxlanılacaq.

Xəbər lenti

Xəbər lenti