...

Qazaxıstan "Dnepr" raketinin qəzasından ekologiya və iqtisadiyyata vurulan ziyanı 333 mln. dollar məbləğində qiymətləndirib

Dünya xəbərləri Materials 8 Avqust 2006 17:33 (UTC +04:00)

İlkin hesablamalara görə, "Dnepr" daşıyıcı raketin düşməsi nəticəsində Qazaxıstanın ekologiya və iqtisadiyyatına 40,7 mlrd. tenge- təxminən 333 mln. dollar ziyan dəyib. Bu barədə Kzılorda vilayətinin akimi /qubernator/ İkram Adırbekov xəbər verib.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Kzılorda vilayəti maslixatı /yerli nümayəndəlik orqanı/ deputatlarının 28-ci sessiyasının növbədənkənar iclası zamanı o qeyd edib ki, "Qazaxıstanın üç elmi-tədqiqat institutu ilə razılıq əldə olunub, onlar il ərzində insan sağlamlığındakı pozuntuları müşahidə edəcək, ətraf mühitin monitorinqini aparacaq".

Sessiyanın yekunlarına görə deputatlar qeptildən raketlərin buraxılışı üçün yanacaq qismində istifadə olunması üçün moratoriumun elan edilməsi xahişi ilə ölkə rəhbərliyinə məktub göndərmək haqqında qərar qəbul ediblər.

Avqustun 4-də raketin düşməsinin nəticələrinin öyrənilməsi üzrə Qazaxıstan və Rusiya hökümət komissiyalarının iclasından sonra Qazaxıstan komissiyasının sədri Azamat Abdımomunov bəyan edib ki, "Dnepr" raketinin düşməsindən dəyən iqtisadi ziyan iki hissədən ibarətdir: qəzanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə xərclər, eləcə də qəza nəticəsində dəyən ziyan". Qazaxıstan tərəfi xəbər verib ki, hazırda, ekoloji ziyanı nəzərə almadan, Qazaxıstanın ümumi xərcləri 192,7 mln. tenge /təxminən 1,6 mln. dollar/ təşkil edir. Ekoloji ziyanın qiymətləndirilməsi Qazaxıstan tərəfinə əlavə olaraq təqdim ediləcək. Sentyabr ayının ilk dekadasında təkrar Rusiya-Qazaxıstan danışıqları keçiriləcək. O vaxtadək Qazaxıstan iyulun 26-da Baykonurdan start götürmüş "Dnepr" raketinin düşməsindən dəyən ziyanın tam məbləğini müəyyənləşdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti