...

Qazaxıstanın müdafiə naziri "Hüdud-2006" təlimlərinə hazırlıqla tanış olub

Dünya xəbərləri Materials 11 Avqust 2006 20:39 (UTC +04:00)

Qazaxıstanın müdafiə naziri Muxtar Altınbayev "Qərb" regional komandanlıq qoşunlarına baş çəkdikdə "Hüdud-2006" təlimlərinə gedən hazırlıqla tanış olub.

Trend "Kazakhstan Today"ya istinadən xəbər verir ki, Kollektiv Təhlükəsizlik haqqında Müqavilə ölkələrinin Müdafiə Nazirləri Şurasının planına müvafiq olaraq avqustun 24-dən 29-dək Manqıstau vilayətində "Hüdud-2006" birgə əməliyyat-taktiki təlimlər keçiriləcək.

Təlimin mövzusu - Qazaxıstanın dəniz istiqamətindəki ərazilərində kollektiv təhlükəsizlik sistemi qüvvələrinin birgə əməliyyatının həyata keçirilməsidir. Təlimlər zamanı Kollektiv Təhlükəsizlik haqqında Müqavilə ölkələrinə müasir təhdid və təhlükələrə adekvat cavab qüvvə və vasitələrinin tədbiqi haqqında qərarların hazırlanması məsələlərini razılaşdırmaqdır.

Xəbər lenti

Xəbər lenti