...

İran xarici işlər nazirinin müavini Mehdi Səfəri Gürcüstana səfər edir

Dünya xəbərləri Materials 14 Avqust 2006 15:10 (UTC +04:00)

İran xarici işlər nazirinin müavini Mehdi Səfəri Gürcüstana səfər edir.

Gürcüstan XİN-dən Trend in xüsusi müxbirinə verilən məlumata əsasən, səfər zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili, baş nazir Zurab Noqaideli və xarici işlər naziri Gela Bejuaşvili ilə görüşlər planlaşdırılıb.

Görüşlər zamanı ikitərəfli əməkdaşlıq və regionda təhlükəsizliyin təminatı məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti