...

BVF missiyası Gürcüstanın baş nazirilə görüşüb

Dünya xəbərləri Materials 15 Avqust 2006 18:20 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaideli bu gün ölkədə səfərdə olan BVF missiyası ilə görüşüb. Missiyaya Yaxın Şərq və Mərkəzi Asiya Ölkələri Departamentinin rəisi Con Veykman-Linn rəhbərlik edir. Görüşdə tərəflər Gürcüstanın fiskal və monetar sahələrindəki vəziyyətlə tanış olub, ölkədə inflyasiya göstəricisinin azaldılması üzrə tədbirlərin planlaşdırılmasını müzakirə edib.

Trend "KAVKAZ-PRESS"ə istinadən xəbər verir ki, bundan əlavə, tərəflər Gürcüstan hökuməti və Milli Bankı tərəfindən BVF proqramının parametlərinin yerinə yetirilməsini də nəzərdən keçirib. Bu parametlər müsbət qiymətləndirildikdə, fondun İcraiyyə Şurası Gürcüstana təxminən 20 mln. dollar həcmində növbəti tranşı ayıracaq.

Tranşın ayrılması məsələsinin müzakirəsi sentyabrın sonu-oktyabrın əvvəlinə planlaşdırılır.

Missiyanın Gürcüstana səfəri avqustun 12-də başlayıb və avqustun 19-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti