...

Qaz məsələsilə əlaqədar Rusiya-Ukrayna danışıqları avqustun 16-da Soçidə keçiriləcək

Dünya xəbərləri Materials 15 Avqust 2006 18:23 (UTC +04:00)

Qaz məsələsilə əlaqədar baş nazirlər səviyyəsində Rusiya-Ukrayna danışıqları avqustun 16-da Soçidə keçiriləcək. Hazırda Soçidə Avrasiya İqtisadi Cəmiyyəti liderlərinin qeyri-rəsmi zirvə görüşü keçirilir. Ehtimallara görə, danışıqlar zamanı energetika təhlükəsizliyi və Rusiya qazının Ukraynaya çatdırılması məsələləri müzakirə olunacaq. Geniş tərkibdə təşkil olunacaq danışıqlarda Ukraynanı yeni baş nazir Viktor Yanukoviç təmsil edəcək. Bu , onun yeni vəzifədə il xarici səfəridir.

Trend in "RBK"ya istinadən yaydığı məlumata əsasən, dünən V.Yanukoviç bildirib ki, hökumətlərarası işçi qrupunun iclasında əsas diqqət Ukraynaya qaz tədarükünə yönəldiləcək. Baş nazir vurğulayıb ki, o, Rusiya qazının qiymətinin Ukrayna üçün bir dollar belə aşağı salınmasını uğur hesab edəcək. Əvvəllər V.Yanukoviç vurğulayıb ki, qaz məsələsi Rusiya-Ukrayna dövlətlərası münasibətlərində ayrıca yer tutur.

Xəbər lenti

Xəbər lenti