BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) Gürcüstandakı ofisinin yeni rəhbəri Mariya Dolores Kastro Benites avqustun 22-də etimadnaməsini ölkənin xarici işlər nazirinin 1-ci müavini Valeri Çeçelaşviliyə təqdim edib.
Gürcüstan XİN-in mətbuat və informasiya departamentinin məlumatına görə, etimadnamənin təqdimatından əvvəl görüş keçirilib və tərəflər WFP-nin Gürcüstanda başa çatmış və cari proqramlarını, o cümlədən layihələrini müzakiə edib.
Trend in Novosti-Qruziya-ya istinadən xəbər verdiyi kimi, Valeri Çeçelaşvili BMT ÜƏP-in Gürcüstandakı fəaliyyətini alqışlayıb və ölkə XİN tərəfindən bu proqramın tam dəstəklənəcəyini vəd edib.