...

Ukrayna 2007-ci ildə türkmən qazının tədarükü ilə bağlı müqavilənin bərpasına ümid edir

Dünya xəbərləri Materials 2 Sentyabr 2006 11:31 (UTC +04:00)

Ukrayna 2007-ci ildə türkmən qazının tədarükü ilə bağlı müqavilənin bərpasına ümid edir. Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, bu barədə yanacaq və energetika naziri Yuri Boyko bəyan edib.

"Biz Rusiya ilə danışıqlar prosesi, xüsusilə Türkmənistana olan borcun hesablanması başa çatan kimi bu ölkəyə səfər etməyi planlaşdırırıq. Türkmənistan bizim strateji tərəfdaşımızdır", - deyə nazir qeyd edib.

"Bu il yerinə yetirilməmiş müqavilənin icrasına gəldikdə isə, biz ümid edirik ki, gələn il onun bir hissəsinin icrası ilə bağlı Türkmənistan tərəfi ilə anlaşacağıq", - deyə o əlavə edib.

Ukrayna Türkmənistanla 2006-cı ildə 40 mlrd kub m qazın alınması haqqında müqavilə imzalayıb. Ancaq Ukraynanın bu ölkəyə qaza görə borcu olduğundan müqavilə indiyədək yerinə yetirilmir.

Xəbər lenti

Xəbər lenti