...

Cümə günü Gücüstanın baş naziri kadrların hazırlanması proqramı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşəcək

Dünya xəbərləri Materials 8 Sentyabr 2006 15:44 (UTC +04:00)

Trend xəbər verir ki, sentyabrın 7-10-da Seulda keçirilən II Beynəlxalq Asiya ölkələri siyasi partiyalarının konfransında "Yeni sağçılar" müxalifət partiyasının nümayəndə heyəti də iştirak edir.

Partiyanın mətbuat mərkəzindən "KAVKAZ-PRESS"ə verilən məlumata görə, forumda çıxış edən "Yeni sağçılar"ın lideri David Qamkrelidze konfrans iştirakçılarına Gürcüstandakı siyasi durumla bağlı məlumat verib.

"Yeni sağçılar"ın nümayəndə heyətinin tərkibinə partiyanın baş katibi, Gürcüstan parlamentinin deputatı David Saqanelidze və partiyanın beynəlxalq katibi Georqi Mosidze daxildir.

Asiya regionu ölkələrinin siyasi partiyalarının forumu 2000-ci ildən keçirilir. İllik forumların məqsədi siyasi partiyaların ikitərəfli və çoxtərəfli əlaqələrinin dərinləşdirilməsi yolu ilə Asiya ölkələri arasında əməkdaşlığa maksimum dərəcədə yardım etməkdir.

Xəbər lenti

Xəbər lenti