ABŞ prezidenti Corc Buş BMT tribunasından Fələstin-İsrail münaqişəsinin nizamlanması üzrə yeni diplomatik təşəbbüsü elan edib. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.
C.Buş bildirib ki, Kondoliza Raysa fələstinlilər və israillilər arasında sülhə nail olunması üzrə diplomatik səylərə rəhbərlik etmək göstərişi verib. Artıq dövlət katibi yeni missiyasının icrasına başlayıb. O, Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas və İsrailin xarici işlər naziri Tsipi Livni ilə Nyu-Yorkda Baş Assambleyanın kuluarında görüşüb. BMT BA-da ümumsiyasi müzakirələr başa çatan kimi onun yenə də Yaxın Şərqə yola düşəcəyi gözlənilir.