...

Türkiyəyə məxsus 26 hərbi təyyarə Yunanıstanın həva məkanını pozub

Dünya xəbərləri Materials 21 Sentyabr 2006 10:57 (UTC +04:00)

Sentyabrın 20-də Türkiyəyə məxsus 26 hərbi təyyarə 12 dəfə Yunanıstanın həva sərhədlərini Egey dənizinin şimal və mərkəzi hissələrində pozub. Bu barədə Yunanıstanın Milli Müdafiə Nazirliyi məlumat verib.

Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, Türkiyə təyyarələri lazımi uçuş planı təqdim etmədən Afinanın hava məkanına daxil olub və bu təyyarələri ələ keçirmək üçün Yunanıstanın qırıcı təyyarələri havaya qalxıb. Onlar təyyarələri ölkənin hava məkanından çıxarıb. Yunanıstan hərbçilərinin məlumatına görə, Türkiyənin 10 qırıcı təyyarəsində silah var idi.

İyulun 1-dən Yunanıstan və Türkiyə HSQ qərargahları arasında "qaynar rabitə xətti"nin işə başlamasına baxmayaraq, bu hadisə baş verib.

Xəbər lenti

Xəbər lenti