...

İran-Türkiyə qaz kəmərində baş vermiş partlayış nəticəsində həlak olan və yaralananlar var

Dünya xəbərləri Materials 29 Sentyabr 2006 11:09 (UTC +04:00)

Keçən gecə İran-Türkiyə qaz kəmərində baş vermiş partlayış nəticəsində həlak olan və yaralananlar var. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Sentyabrın 29-da "Doqan" agentliyinin məlumatına görə, partlayış Türkiyədə qadağan olunmuş Kürd Fəhlə Partiyasının döyüşçüləri tərəfindən qaz kəmərinin keçdiyi, İranın Bazarqan şəhəri yaxınlığında yerləşən Ağrı əyalətindəki Gurbulağ İran- Türkiyə sərhədinin şərqə doğu hissəsinin yarımkilometrliyində törədilib.

Güclü partlayış nəticəsində boru kəmərində yanğın başlayıb. Ağrı vilayətinin yerli hakimiyyət orqanı nümayəndəsinin sözlərinə görə, alov 45 km radiusda görünürdü.

Həlak olan və yaralananların sayı barədə hələlik ətraflı məlumat daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti