...

Polşa və Litva enerji sektorunda əməkdaşlıq haqqında bəyannamə imzalayıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2006 11:54 (UTC +04:00)

Sentyabrın 30-da Polşa və Litva sənədlər paketi imzalayıb. Bu paket müştərək elektrik təchizat şəbəkəsinin yaradılması və bu sahədə gələcək əməkdaşlığın əsasını qoyacaq. Bu barədə (S) Associated Press xəbər verir. Sənədlər Litva prezidenti Valdas Adamkusun Polşaya birgünlük səfəri zamanı imzalanıb. Bəyanatda Rusiyanın enerji asılılığından çıxmağa çalışan hər iki ölkənin müştərək elektrik təchizat şəbəkəsinin yaradılmasının vacibliyi qeyd olunur.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, layihəyə əsasən, Litva Polşa vasitəsilə Avropa Birliyinin digər ölkələri ilə birləşəcək. Layihənin 2011-ci ildə başa çatdırılması planlaşdırılır. İlkin hesablamalara görə, onun dəyəri 400 mln avro təşkil edəcək və güman ki, AB tərəfindən maliyyələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti